Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
REAL-dan seçkilərdə iştirakla bağlı açıqlama

Parlament seçkilərinə strat verilib. REAL partiyasının fəallarından olan Erkin Qədirlinin seçkilərdə iştirak etməyəcəyinə dair fikirlərə partiya sədri İlqar Məmmədov cavab verib:

“Bu yaxınlarda REAL`ın qurucularından Erkin Qədirli təşkilatımıza gündə bir nalayiq söz qırıntısı atanlara cavab olaraq qarşıdakı parlament seçkilərinə qatılmaq istəmədiyini bildirmişdi. İti düşüncəli beyinlərdə doğmayan, amma iddiası aşıb-daşan mülahizələri dinləyərkən ziyalı adamda bir qədər tərəddüd yarana bilər, bu təbiidir.

Amma REAL-ın qurucu üzvlərindən nə mənim, nə başqasının, nə də o cümlədən Erkin Qədirlinin bu mövzuda sərbəst qərar vermək ixtiyarı ola bilməz. Bu haqqımızı kollektiv kimliyimizə həvalə etmişik və bu kollektiv kimliyimiz hansı qərar verəcəksə, onu icra etməliyik.

Erkin Qədirli Erkin Qədirli

Bu baxımdan, Erkin Qədirli 9 fevral parlament seçkisində Respublikaçı Alternativin namizədi kimi iştirak edib qalib gəlməlidir. Buna onun özünün də, REAL`ın da siyasi nüfuzu zəmin yaradır. Qərar qətidir, heç kim tərəfindən ləğv edilə, dəyişdirilə və ya təfsir oluna bilməz”,- deyə o bildirib.

Qeyd edək ki, REAL partiyasının 9 fevral parlament seçkiləri üçün namizədləri 42 dairədən irəli sürüləcək. 21 dairə Bakıya, 21 dairə isə regionlara aiddir. Namizədlərin adları yaxın günlərdə açıqlanacaq: 8 Binəqədi, 9 Binəqədi, 11 Qaradağ, 12 Qaradağ-Binəqədi-Yasamal, 13 Xəzər-Pirallahı, 14 Xəzər, 15 Yasamal, 16 Yasamal, 18 Nərimanov-Nizami, 19 Nərimanov 1-ci, 20 Nərimanov 2-ci, 21 Nəsimi, 24 Nizami 1-ci, 26 Sabunçu 1-ci, 27 Sabunçu 2-ci, 28 Sabunçu 3-cü, 29 Səbayil, 30 Suraxanı 1-ci, 32 Suraxanı 3-cü, 34 Xətai 2-ci, 40 Kəpəz 2-ci (Gəncə), 44 Sumqayıt-Xızı, 46 Şirvan, 47 Mingəçevir, 54 Şabran-Siyəzən, 55 Xaçmaz şəhər, 66 Biləsuvar, 73 Lənkəran şəhər, 86 İsmayıllı, 88 Göyçay, 91 Ucar, 93 Bərdə şəhər, 94 Bərdə kənd, 97 Goranboy-Ağdam, 106 Tovuz-Qazax-Ağstafa, 112 Qax, 113 Şəki şəhər , 114 Şəki kənd 1-ci, 116 Qəbələ , 117 Oğuz-Qəbələ, 120 Cəbrayıl-Qubadlı, 125 Zəngilan-Qubadlı.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »