Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA Azərbaycanda "sistemli" siyasi məhbuslar var dedi - Deputat bunu subyektiv yanaşma adlandırdı

AŞPA-nın Hüquqi Məsələlər və İnsan Haqları Komitəsi hesab edir ki, Azərbaycanda "sistemli" siyasi məhbus problemi var və hakimiyyəti qeydiyyata alınmış hallara yenidən baxmağa çağırır. Bu barədə Komitənin Avropa Şurasının saytında yerləşdirilmiş məlumatında deyilir.

AŞPA Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin gəldiyi nəticələr əsasında və AŞPA-nın təqdimatına əsasən bir sıra şəxslərin "siyasi məhbus" olduğunu müəyyən edib.

Komitə AŞPA-nın məhkəmə sistemindən siyasi motivlə istifadə kimi "narahatedici nümunə"nin olduğu haqqında rəyi ilə razıdır. Bununla əlaqədar, "Azərbaycan Avropa İnsan Haqları Konvensiyası öhdəliklərini yerinə yetirməsi üçün fundamental islahatlar aparmalıdır".

Komitə "Azərbaycan hakimiyyətinin son illər penitensiar, məhkəmə, ədliyyə sistemlərində islahatlar yönündə atdığı addımları alqışlayır", ancaq "indiyədək görülən tədbirlərin Avropa İnsan Hüquqları Məhkəməsinin spesifik tələblərini yerinə yetirməkdən ötrü kifayət edəcəyinə inanmır".

Komitə hesab edir ki, Məhkəmənin qərarları aşağıda adı çəkilən şəxslərin siyasi məhbus olduğu haqqında geniş və müntəzəm olaraq yenilənən siyahıların doğru olduğunu təsdiq edir.

Komitə israrla hakimiyyəti qeyd edilən problemlərin mövcudluğunu etiraf etməyə və Avropa Məhkəməsinin qərarlarının tam və səmərəli şəkildə yerinə yetirilməsi üçün tədbirlər görməyə çağırır.

Komitə həmçinin Azərbaycan parlamentini Assambleyanın qətnaməsinin yerinə yetirilməsi üçün siyasi məhbuslar üzrə Məruzəçi ilə əməkdaşlıq etməyə, Azərbaycan hökumətini isə Avropa Şurası Nazirlər KOmitəsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.

Komitə İlqar Məmmədovun, Anar Məmmədlinin və Rəsul Cəfərovun işlərinə xüsusi diqqət yetirib, deyə məlumatda bildirilir.

Tahir Kərimli Tahir Kərimli

Milli Məclisin deputatı Tahir Kərimli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, siyasi məhbus anlayışının dəqiq tərifi olmadığına görə, bu məsləyə yanaşma da müxtəlifdir.

“Beynəlxalq təşkilatlar siyasi məhbusun tərifini indiyə qədər verə bilməyiblər. BMT-nin İnsan hüquqları haqqında bəyannaməyə istinad olunur. Ona görə hər hansı milli dövlət bu bəyannaməyə öz etirazını bildirir. Heç bir dövlət demir ki, mənim siyasi dustağım var. Hər dövlətin öz qanunları var və bu qanunlar əsasında siyasi dustaq məfhumu müəyyən edilir.

Mən siyasi dustaq məsələsini subyektiv qiymətləndirirəm.Azərbaycan tərəfinin də siyasi dustaq məsləsini qəbul edəcəyinə inanmıram. Dövlətin qanunlarını pozanlar siyasi cəhətdən deyil, hüquqi tərəfdən qiymətləndirildiyinə görə onlar siyasi dustaq hesab edilmirlər. Azərbaycanda adı çəkilən ən tanınmış siyasi dustaqlar buraxılıb.Onlardan məsələn İlqar Məmmədovun adını çəkə bilərəm. Komitə də İlqar Məmmədovun adını çəkir. Çünki İlqar Məmmədov parlament seçkilərinə qatılmaq istəyir, həbsdə olduğuna görə müəyyən problemlər yaranıb. Seçki qanununa əsasən, ağır cinayət törətmiş şəxslər deputat ola bilməz. Yüngül və orta-ağır cinayət törətmiş şəxslər deputat seçilmək hüququna malikdirlər. Siyasi baxışından asılı olmayaraq hər kəsin Milli Məclisə seçilmək hüququ var”- deyə Tahir Kərimli bildirib.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »