Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
82 yaşlı şagird: "Yazıb-oxumağı öyrənmək istəyirəm"

Türkiyədə kişi 82 yaşında məktəbə getmək arzusunu reallaşdırıb.

Zonquldaq vilayəti Kozlu rayonunda yaşayan üç övlad, yeddi nəvə sahibi olan Sıdtık Budaq çantasını kürəyinə ataraq, məktəbə gedir.

DHA-nın məlumatına görə, indiyə qədər maddi imkansızlıqdan özü təhsil ala bilməyən Budaq övladlarının təhsil almasına kömək edib.

“80-90 yaşında universitetlərə imtahan verənlər var. Hədəfim bu deyil. Sadəcə, oxuyub-yazmağı öyrənmək istəyirəm. Həyat su kimi axıb gedir”, - deyən 82 yaşlı şagirdin müəllimi səfər Kurnalı onun artıq qəzet oxuyub oradakı krossvordları həll edə bildiyini deyib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »