Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərid Şəfiyev: “Azərbaycanda aparılan islahatlar Aİ tərəfindən müsbət qiymətləndirilir”

“Azərbaycan Avropa İttifaqı ilə tam və bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurmaq niyyətindədir”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Brüsselə səfərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Brüssel səfəri zamanı Avropanın beyin mərkəzləri ilə bir sıra görüşlər keçirilib, dəyirmi masalar təşkil olunub: “Görüşlərdə iki əsas məsələ - Avropa İttifaqı və Azərbaycan arasında sazişin siyasi aspektləri və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycanda həyata keçirilən son islahatlar Aİ-nin müxtəlif beyin mərkəzləri tərəfindən müsbət qiymətləndirilir və alqışlanır. Azərbaycanda dərin islahatlar aparılır. Bu islahatların müsbət nəticələrini görəcəyik”.

Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mümkün roluna oxunan F. Şəfiyev qeyd edib ki, bu məsələ Aİ-nin səlahiyyəti çərçivəsində olmasa da, təşkilatın təsiredici mexanizmlərinin mövcudluğunu unutmaq olmaz: “Həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi çox vacib məsəlidir. Avropa Komissiyası Dağlıq Qarabağdakı qondarma “seçkilər”i pisləyib və tanımır. Lakin etiraf edək ki, Avropa İttifaqı bu münaqişədə həlledici rola malik deyil. Bildiyiniz kimi, bu münaqişə ilə bağlı danışıqlar digər formatda keçirilir”.(apa)

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »