Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elman Nəsirov: “Azadlıqdan xəbəri olan, ancaq azadlığın ardını görməyən insanlar ekstremist olurlar”

Azadlıqdan xəbəri olan, onu dadan, ancaq azadlığın ardını görməyən insanlar ekstremist olurlar.

Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov dekabrın 10-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə dini-siyasi, iqtisadi, irqi, hərbi zorakılığına qarşı "Zorakı ekstremizm ilə mübarizə: Birgə tərəfdaşlıqla dayanaqlılığın gücləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.

Elman Nesirov

Elman Nəsirov konfrans iştirakçılarının diqqətini maraqlı bir açıqlama ilə çəkib. Onun sözlərinə görə, dünyada 3 qiymətlə oxuyan tələbələrin terrora daha meyilli olduğu sübut edilib.

"Ekstremistlər potensial terrorçulardır. Necə edək ki dünyamızı bu qorxulu proseslərdən qoruyaq? Fikir vermisinizsə, radikalların hədəfində əsasən gənclərdir. Hətta bu məsələylə bağlı Amerikada gənclər arasında maraqlı eksperiment aparıblar. Nəticədə bəlli olub ki, əla qiymətlə oxuyan gənclər terrorçu olmurlar, 2 qiymətlə oxuyanlar da olmurlar. 3 qiymətlə oxuyan gənclər potensial terrorçudurlar. Belə gəncləri də dövlətə qarşı istifadə edirlər. Demokratik dövlətlərdə yaşayan gənclər əsasən 5 qiyməti alanlardır. 2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur. Azadlıqdan xəbəri olan, onu dadan, ancaq azadlığın ardını görməyən insanlar ekstremist olurlar”.

"Bu gün beynəlxalq hüquq işləmir. Təəssüf ki, hüquq gücün qarşısında geri çəkilir, çünki balans pozulub",- deyə o vurğulayıb.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »