Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İşdən çıxan məmurlar 300 manatla dolansınlar, görüm necə dolanırlar” - Hüquq müdafiəçisi

Bizimyol.info-nun müsahibi politoloq, Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini Elçin Axundzadədir.

- Elçin müəllim, seçkilərə hazırlıq gedir. Parlament buraxıldı, Milli Şura hesab edir ki, demokratik şərait yoxdur, ona görə seçkilərə qoşulmur, digər müxalifət qüvvələri isə mübarizə meydanına atılır. Necə düşünürsünüz, müxalifətlə iqtidar qüvvələri arasında “ sülh” yaranacaqmı?

Elçin Axundzadə Elçin Axundzadə

- Hesab edirəm ki, mütləq şəkildə cəmiyyətimizdə düşmənçilik toxumu aradan qaldırılmalıdır. Sosial ədalət və sülh yaratmaq üçün Mehriban xanım Əliyeva işlər görür. Oqtay Gülalıyevin müalicəsi, Elçibəyin xanımın dəfni, onun yaşadığı evin təmiri cəmiyyətə ötürülmüş mesajdır və mən çox istəyərdim ki, müxalifət bunu dəyərləndirsin, bir masa arxasında oturub danışıqlara getsin. Bunların hamsıı mesajlardır. Cəmiyyətdə mənfi obraz yaratmış kadrlar işdən kənarlaşdırıldı. Əli Həsənovun media siyasəti prezidentimizin dediyi kimi iflasa uğramışdı, Ramiz Mehdiyevin yürütdüyü siyasət qütbləşmələrə səbəb olmuşdu. Mehriban xanım bu yöndə çox çalışır. Rusiya kimi hegemon bir dövlətin prezdenti vitse -prezidentimizi qəbul etdi və üstündən çox keçmədi ki, Rusiyanın iqtisadiyyat naziri Azərbaycana gəldi, milyonlarla investisiyanın qoyulacağı bildirildi. Bizdə kifayət qədər problem var bunları danmaq olmaz. Bəli korrupsiya da var, monopoliya da var. Elə bir neçə müddət öncə sərhəd qoşunları barədə demişdim. Kiçik bir sərhəd qoşunlarında 2 admiral var, 26 general. O qədər sərhəddən tonlarla narkotik keçirilməsi kimi böyük bir məsələ cəzasız qaldı. Müdafiə Nazirliyində admiral yoxdur, amma sərhəd qoşunlarında var. Niyə bu qədər şişirdilir? Elçin Quliyev bu qədər generalları ətrafına niyə yığır? Müdafiə naziri olmaq istəyir? Müəmmadır. Sərhəd qoşunları Müdafiə Nazirliyinin bir mototatıcı birqiadası böyüklükdədir, korpus qədər də deyil, amma Müdafiə Nazirliyində admirial yoxdur, Sərhəd Qoşunlarında 2 admiral var.

-Parlament sekilərinin şəffaf keçəcəyinə əminsiniz? Siz də deputat olmaq istəyirsinizmi?

- İndi kimi dindirirsən deyir deputat olacam. Xalq kimi seçəcək o da olacaq. Mən bir dəfə prezident seçkilərində, bir dəfə də Milli Məclisə seçkilərdə iştirak etmişəm.

-Bəs buraxılmış parlamentin deputatlarının yenidən qayıtmasına necə baxırsız?

-Prezidentin hər bir sahədə islahatlar keçirməsi Milli Məclisdə də özünün göstərdi. Hamı öz namizədliyini irəli sürə bilər. Amma seçiləcəklərmi? Bu məsələ var.Ümid edirəm İstər YAP- da istər digər sahələrdə qocalıq səbəbi ilə işini operativ görə bilməyən kadrlar kənarlaşdıracaq, gənclərə yer veriləcək.

-Amma işdən ayrılan bütün kadrlar AMEA-da toplanır. Hər halda belə görünür.

- Bu qədər pullar ayrılır, AMEA indiyə qədər hansı böyük elmi yenilikdələ edib? Dünya elminə biz nə vermişik? Ümid edirəm ki, Ramiz Mehdiyev Amerikada, Avropada olduğu kimi insanlara işlərinə görə qiymət verəcək, ortada nəticə göstərən alimlərə bonuslar, mükafatlar veriləcək. İşdən çıxarılan korrupsioner məmurların fəaliyyətləri yoxlanılmalı, cinayət işi açılmalıdır.Hadı Rəcəbli bir vaxtlar deyirdi 300 manatla dolanmaq olar. Qoysunlar görək onlar 300 manatla dolana bilirmi?Etibar Piriverdiyev işdən azad edildikdən sonra haqqında cinayət işi açıldı, amma cinayət işi hələ məhkəməyə getməyib? Nəyə görə? Axı prezident göstəriş verib. Yerlərdə onun dediklərinə əməl edilməməsi fəaliyyətinə kölgə salmaq deməkdir. Korrupsioner cəzalanmalıdır ki, xalq da görsün.Fəaliyyəti yoxlanmalı korrupsiya varsa müsadiər olunmalıdır. Yoxsa o 300 manatlıq maaşla dolanmaq qorxusunda olmaz. Əli İnsanovun cəzası verildi, ona görə gəldi qoşuldu müxalifətə

- İllər boyu korrpusioner kimi tanınan bir adam bu gün gəlib müxalifətə qoşuldu. Bu müxalifətin də faəliyyətinə kölgə salmadımı?

- Qoşulsa da hələ ortada real addım, real bir müqavilə birləşmə yoxdur. Əli İnsanovun xanılmı almandır. Onun azadlığa çıxması da mənə bir qədər qaranlıq qaldı. Əli İnsanov öncə öz fəaliyyətinə qiymət verməldiir ki, sonra partiya yaradıb kimlərəsə ağıl verə. Mən çox üzülürəm ki, Bəxtiyar Vahbazadə kimi xalqını sevən bir şairin oğlu onun partiyasındadır və onun yanında yer aldı. Dəyirmi masa oldu, Əli İnsanov da gəldi oturdu. O da Azərbaycan vətəndaşıdır. Oturdu getdi sadəcə.Ortalıqda real nəticə görmürəm.Qarşı tərəfdsən ona yetərli dəstək gəlmədi. Müxalifətin içərisində çox ağıllı kadrlar var. Onlardan istifadə etmək lazımdır. Qubad İbadoğlu kimi dəyərli bir iqtisadçıya vəzifə vermək lazımdır. Ümumiyyətlə müxalifətdə olanlara niyə vəzifə verilməsin ki? Bütün demokratik dövlətlərdə bu belədir. İş vaxtı hər kəs öz vəzifəsinin başındadır, siyasi əqidəsini də qoruyub saxlayır.Müxalifət də bizimdir. Prezident bütün ölkə vətəndaşlarının vətəndaşıdır. Bunu o özü də deyir. Mən hər bir azərbaycanlının vətəndaşıyam deyir.Onlar da bu xalqın övladlarıdır. Hakimiyyət və müxalifət deyərək düşmən cəbhələr yaratmaq olmaz. Ortaq məqsəd bu vətəndirsə həqiqətə aparan yolda, müxtəlif fikirlər, alternativ baxışların olması təbiidir. Bu əsl düzgün yolu tapıb ən səmərəli həll yolunu tutmağa kömək edər.Sadəcə bütün məmurlar, ümumiyyətlə hər kəs qanun qarşısında cavabdeh olduğunu bilməlidir. Millətə qarşı bölücülük düşmənçilik olmasa sağlam müxalifət olacaq. Bunun da arxasında informasiya siyasətində yol verilmiş səhvlər səbəb olub. Ona görə bu gün Əli Həsənovun yerinə təyin edilmiş Anar Ələkbərov da, Ədalət Vəliyev də bu sistemi yenidən yaratmaqla məsuldur və inanıram ki bu olacaq. Bu gün müxalifət deyən kimi söyənlər, iqtidar deyən kimi söyənlər, trol dəstələri hamısı önəcki sistemin yaratdığı problemlərin meyvəsidir.Ümid edirəm ki, inanıram ki həm Anar müəllim, Həm Ədalət müəllim informasiya sisyasətini düzgün quracaqlar. Bu labüddür. Biz dünyada özümüzü təsdiq etmək istəyiriksə, sağlam tənqidə yer verilməli, məmurlar da sağlam tənqidi həzm etməlidirlər. İnanıram ki informasiya siyasətinə onlar yeni nəfəs gətirəcəklər.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »