Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YAP-ın namizədlər siyahısında kimlər yer alacaq - Açıqlama

Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov Əli Əhmədov

O bildirib ki, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: “Bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”. (apa)

Son xəbərlər
Bütün xəbərlər »