Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ehtiyacımız olmayan əşyaları almağımızın səbəbi – Didro effekti

1765–ci ildə Rusiya kraliçası 2-ci Yekaterina filosof Denis Diderotun pula ehtiyacı olduğunu eşidir. Çariça Diderotun bütün kitabxanasını satın alır. Kitabları evində saxlamağını söyləyir. Bir kitabxanaçı tapır və 25 illik maaşını birdəfəlik ödəyir.

Diderot ona verilən pula qırmızı bir palto almağa qərar verir. Elə əsas hadisələr də bundan sonra başlayır.

Geyimlərinin cazibəsinə qapılmağa başladıqca evində olan əşyaların geyimlərinə yaraşmadığını düşünür və əşyalarını bir-bir dəyişdirməyə başlayır. Nəhayət o, evdəki bütün əşyaları dəyişdirmişdi. Ödəməli olduğu borcları olsa da, satınalma istəyinə qalib gələ bilmir.

Yaşadığı bu hadisədən sonra materiala olan aludəçiliyi haqqında bir məqalə yazmağa qərar verir və bu təsiri sonralar onun adı ilə “Didro effekti” olaraq adlandırılır.

“Didro effekti nədir?”

Bu sindrom alış-veriş vərdişi ilə bağlı iki fərziyyəyə əsaslanır:

Satın aldığınız məhsullar xarakterinizin bir parçasına çevrilir və digər satın aldıqlarınızı tamamlayır.

Yeni aldığınız və daha əvvəl sahib olduqlarınıza uyğun gəlməyən məhsul üçün yeni qrup yaratmalı olursunuz və siz ona uyğun başqa məhsullar almağa başlayırsınız.

Bu effekt necə təsir göstərir?

Diderot kimi tanınmış bir filosofu belə alış-veriş aludəçisinə çevirib müflisliyin astanasına gətirən bu effekt bizə necə təsir göstərər? Təbii ki, bu, çox absurd bir nümunədir. Qısaca, bu bir alıcının yeni bir əşya alarkən bu əşyanın cazibəsinin təsiri ilə, bu əşyaya layiq görmədiyi köhnə əşyalarını dəyişdirib yeni əşyalar almağıdır. Yəni, bir məhsul alarkən alıcı bu məhsulun səviyyəsinə uyğun digər məhsullar alır.

azens.az

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »