Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Bizi İslama görə Avropa Birliyinə qəbul etmirlər”

Neçə illərdir Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi həllini tapmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, əsas səbəb İslam dövləti olmaqdır.

Bizimyol.info xəbər verir ki, Ərdoğan Avropa Birliyinə üzvlük ehtimalından danışıb. O, “Bizi İslama görə Avropa Birliyinə qəbul etmirlər”, - deyib.

“Bizə deyirlər ki, Türkiyənin əhalisi həddindən çoxdur. Amma əsas səbəb tamam başqadır. Həqiqət müsəlman olmağımızdır”, - prezident bildirib.

Avropa Birliyi rəsmi münasibətində bildirir ki, Türkiyə coğrafi baxımdan bu qitədə yerləşmir, üstəlik, demokratiya problemləri həllini tapmayıb. Kiprə görə Yunanıstanla ərazi mübahisəsi də Türkiyənin əleyhinə işləyən arqumentdir.

Ərdoğan 2017-cildəki açıqlamasında Avropa Birliyini xristianların bloku adlandırmışdı.

Türkiyə Avropa Birliyinə ərizəni 1987-ci ildə təqdim edib, bundan 12 il sonra namizəd statusu alıb. Rəsmi danışıqlar isə 2005-ci ildə başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »