Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanan bazarda zəhərlənənlərlə bağlı son məlumat

Bu gün səhər saatlarında Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğından zəhərlənənlərlə bağlı məlumat verilib.

Səhiyyə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

“Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var”,-deyə nazirlikdən bildirilib.

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »