Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol üstə dava: Sürücü döyülüb, avtobusun şüşəsi sındırılıb

Bakıda sərnişin avtobusuna hücum edən şəxs sürücünü döyüb, nəqliyyat vasitəsinin şüşəsini sındırıb.

Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü və 199 saylı marşrut xətti ilə hərəkət edən “Xalıq Faiqoğlu” şirkətinə məxsus “Daewoo” markalı avtobusun sürücüsü Vidadi İbrahimov arasında yol üstündə mübahisə baş verib.

Hadisə vaxtı “Mercedes”in sürücüsü avtobusun sürücüsünü döyüb, avtobusun isə şüşəsini təpiklə sındırıb.

Hadisəni törədən naməlum sürücü axtarılır.(Report)

Son xəbərlər
Bütün xəbərlər »