Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Tələbə - Könüllülərinin forumu keçirilib

Delabrın 10-da Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Tələbə-Könüllülərinin Forumu keçirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunan Azərbaycan Tələbə Könüllülərinin Forumu keçirilib.

Forum Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin çıxışı ilə başlayıb.

Forumda Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, millət vəkilləri, 400-dən çox tələbə könüllü və digər qonaqlar iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov tədbirin əhəmiyyətinə diqqət çəkərək Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib: "Bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfidir.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində "Bir" Tələbə-Könüllü Proqramının mühüm yer tutur".

Son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyətinin danılmaz olduğunu vurğulayan nazir: " "Bir" tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsinə öz töhfələrini verir. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir"- deyə qeyd edib.

Forumda çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov da tədbirin əhəmiyyətini yüksək qiymətləndirib: "Gənclər siyasəti dövlətin prioritet istiqamətinə çevrilib. Bu gün könüllük hərəkətı xüsusi vüsət alıb. Könüllülərin mötəbər yarışlar zamanı fəaliyyətləri təqdirəlayiqdir".

"Bir" Tələbə - Könüllü proqramı BMT-nin İnkişaf Proqramının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən və könüllülüyü uğurla təbliğ edən ən böyük tələbə - könüllü platforması olduğuna görə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti tərəfindən mukafatlandırılıb.

Tədbirdə "Bir" Tələbə-Könüllü Proqramının hesabatı təqdim olunub, ilin ən fəal tələbə-könüllüləri mükafata layiq görülüb.

Qeyd edək ki, "Bir" Tələbə - Könüllü Proqramı 26 ali, 18 orta ixtisas təhsili müəssisələrini əhatə edir və 23 mindən çox könüllü bazasına sahibdir.

Aləmdə Nəsib

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »