Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Bakıdakı tədbirində insan hüquqlarının təbliğində gənclərin lider rolunu vurğulayır
İnsan Hüquqları Gününü qeyd etmək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkilin ofisi (Ombudsman) Sabunçu Gənclər Evində sərgi təşkil edib. Bugünkü tədbir, həmçinin, dünyada qadın və qızlara qarşı zorakılığa son qoymağı səsləyən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının yekununu qeyd edib.

İnsan Hüquqları Gününün builki mövzusu gəncləri insan hüquqları uğrunda daha fəal olmağa çağırır. Bu mövzuya həsr olunmuş tədbir dövlət qurumları, vətəndaş cəmiyyəti, diplomatik missiyalar, gənclər təşkilatları və kütləvi informasiya vasitələrinin 150-yə yaxın nümayəndəsini bir araya gətirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib: “İnsan hüquqları uğrunda fəal ol” ümumdünya çağırışı ilə biz dəyişikliyin konstruktiv qüvvəsi kimi gənclərin potensialını qeyd etmək, onlarını təsirini artırmaq, eləcə də qlobal auditoriyanın geniş dairələrini insan hüquqularının təşviqi və müdafiəsinə cəlb etmək istəyirik.”

Cənab İshaqzai həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma işində və daha yaxşı dünya üçün yeni ideya və həllərin gətirilməsində gənclərin vacib rolunu qeyd edib.

Tədbirin açılış sessiyasında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış ediblər. BMT-nin baş katibi Antonio Quterreş və BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Mişel Baçelenin video müraciətləri nümayiş olunub.

Tədbir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə həsr olunmuş karikatura və illüstrasiyaların sərgisi ilə davam edib. Sərgidə həmçinin posterlər və insan hüquqlarının daha yaxşı icrasına dair gənclərin mesajlarını əks etdirən videolar nümayiş olunub. Bununla yanaşı, ziyarətçilərə BMT agentliklərinin dərc etdiyi müxtəlif nəşr və tədris materialları ilə tanış olub və əldə etmək imkanı verilib.

İnsan Hüquqları günü hər il dekabrın 10-da – BMT Baş Assambleyasının 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi gündə qeyd olunur. Bu tarixi sənəd bəyan edir ki, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidəsi, milli və ya sosial mənşəyi, əmlakı, sosial mövqeyi və digər vəziyyətindən asılı olmayaraq, hər kəs bu Bəyannamədə elan olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır. 500-dən çox dilə çevrilmiş bu Bəyannamə dünyada ən çox tərcümə olunmuş sənədidir.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »