Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərzurumun sirli gölü - Balıqları məzarda dəfn edirlər - Foto

Ərzurumun Əziziyə qəsəbəsində yerləşən balıqlı göl bu yerlərdə müqəddəs hesab olunur.

Bizimyol.info xəbər verir ki, qaynağı bilinməyən gölü bir neçə dəfə yerli sakinlər boşaltsalar da göl yenidən dolmağa başlayıb. Yerli əhalinin müqəddəs və sirli hesab etdiyi bu göl Türkiyədə qışın paytaxtı sayılan Ərzurumun ən soyuq günlərində belə donmur.

Gölün ətrafındakı digər arx və kanallarda sular mənfi 5 dərəcədə donsa da balqılı göl mənfi 20 dərəcədə belə donmur, və suyun temperaturu 18 dərəcədən aşağı düşmür. Bu göldə balıq tutmaq qadağandır. Müxtəlif səbəblərdən ölən balqıları isə qəsəbə insanları xüsusi məzarlıqda dəfn edir.

Ərzurumda balıqlı göl

Bu göldki balıqların əslində balıq deyil şəhid olmuş akınçı türk əsgərlərin ruhları olduğuna inanırlar.

Əfsanəyə görə qədim zamanlarda bu göldən balıq tutmuş bir kişi onları evə gətririr. Xanımı balıqları qızartmaq üçün tavaya qoysa da balıqlar yoxa çıxır. Göldəki balıqların hamısının bir tərəfi yanıq izi kimi ləkələrlə örtülürdür. Daha bir əfsanəyə görə rus- türk müharibəsi zamanı bu göldəki balıqlardan yemiş rus əsgərlərin hamısı zəhərlənərək ölüb.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »