Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda böyük ticarət mərkəzinin qəsdən yandırılması barədə xəbərə rəsmi reaksiya

Sosial mediada yayılan məlumata görə, hazırda yanan "EuroHome” tikinti materialları bazarının bir hissəsinin Bakı-Sumqayıt yolunun yol genişləndirilməsi ilə əlaqədar sökülməsi planda var. İddiaya görə bazarın rəhbərliyi verilən kompensasiya ilə razılaşmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bizimyol.info-ya bildirib ki, Bakı-Quba yoluna daxil olan Bakı-Sumqayıt yolunun genişləndirilməsinə başlanılıb.

“Xırdalan dairəsində, "Ekologiya postu" ətrafında yolun genişləndirilməsi işinə başlanılıb. Həmin ərazidə olan obyektlərə kompensasiyanın ödənilməsi razılaşdırılıb. Yolun genişləndirilməsi işi plana uyğun davam edəcək. "Ekologiya postu"nun yaxınlığında yerləşən "EuroHome” tikinti materialları bazarının ərazisi isə yolun genişləndirilməsi üçün nəzərdə tutulan sahəyə daxil deyil”,-deyə Anar Nəcəfli bildirib.

Ramid İbrahimov, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »