Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb

Səhər saatlarında "EuroHome" Ticarət Mərkəzində baş verən yanğın səbəbindən Bakı-Sumqayıt yolunda hərəkət tam məhdudlaşdırılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Vaqif Əsədov Vaqif Əsədov

O qeyd edib ki, sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur: “Bakıdan Sumqayıt istiqamətində gedən sürücülər Sabunçu-Zabrat-Novxanı-Balaxanı yolu ilə hərəkət etsinlər. Çox sürücü düşünür ki, Biləcəridən keçmək daha məqsədə uyğundur. Ancaq hazırda bütün nəqliyyat vasitələri həmin istiqamətə hərəkət etdiyi üçün ərazidə yolda sıxlıq müşahidə olunur. Sumqayıtdan Bakı istiqamətinə gələnlər isə ən yaxşı halda Sumqayıt daxili dənizkənarı yolla Mehdiabad-Digah-Məmmədli-Mağtağa-Sabunçu-Ziya Bünyadov yolu ilə hərəkət etsin. Xırdalan dairəsi kimi tanınan ərazidən avtomobillərin hərəkəti sadəcə Xırdalan qəsəbəsinin daxilinə yönləndirilib".

V. Əsədov sürücülərin yaranmış vəziyyəti təhlil edib düzgün qərar vermələrini xahiş edib.(apa)

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İqlim dəyişikliyi bizə hansı qorxunc fəlakətləri vəd edir
››› "Qəbir sadə daşdan olmalı, üzərində mərhumun ad-soyadı yazılmalıdır"
Son xəbərlər