Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu atəşkəs rejimini 20 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Kəngərli, Novruzlu, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »