Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk professorun Bakıdakı çıxışı qalmaqal yaratdı - Video

Noyabrın 27-də Bakıda keçirilən “Elm, din və fəlsəfə” adlı konfransda çıxış edən dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin professoru Cəlal Şengör tələbələrlə söhbəti əsnasında birmənalı qarşılanmayan fikirlər səsləndirib.

Professor tələbələrin “Sizcə, türklər modern çağda niyə cahil buraxıldı” sualına professorun cavabı belə olub:

“ Xeyr, türklər cahil buraxılmadı. Türklər cahil qaldılar, özləri özlərini cahil etdilər. Ən cahil türklər müsəlman türklərdir. Müsəlmanlara qoşulduqları zaman İslamiyyətin XI əsrdəki tənəzzülü türkləri də özü ilə sürüklədi və xüsusilə mənim fikrimcə, Osmanlı dövləti Türk tarixinin ən aşağı nöqtəsidir. Yəni osmanlılar nə təhsilə əhəmiyyət verdilər, nə də başqa şeyə”.

Cəlal Şengörün sözləri sosial şəbəkələrdə mübahisələrə səbəb olub. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »