Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

Bu il “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev məlumat verib.

Ulvi Mehdiyev

Onun sözlərinə görə, 2019-cu il ərzində “ASAN Xidmət” mərkəzlərində toplanmış rüsumlar hesabına dövlət büdcəsinə 53 milyon manat vəsait ödənilib:

"Artıq 2019-cu ili yekunlaşdırırıq. İlin sonuna qədər tamamilə ödəniləcək".

Ü.Mehdiyev xatırladıb ki, “ASAN Xidmət” fəaliyyət göstərdiyi müddət ərzində ona xərclənən vəsaiti artıq dövlətə qaytara bilib:

"Bu da “ASAN Xidmət” modelinin maliyyə cəhətdən uğurlu olmasının göstəricisidir. Bu illər ərzində “ASAN Xidmət"lərin fəaliyyətinə və saxlanılmasına 132 milyon manat vəsait ayrılıb, 135 milyon manat vəsait isə “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə qaytarılıb". (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »