Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa götürüldü

Səudiyyə Ərəbistanında gender bərabərsizliyinin aradan qaldırılması ilə bağlı daha bir addım atılıb.

Bundan sonra qadınlar və kişilər restoranlara ayrı-ayrı girişlərdən deyil, ümumi girişdən daxil olacaqlar. Belə ki, indiyədək belə məkanlarda qadınlara və ailəli şəxslərə bir, kişilərə isə digər giriş-çıxış nəzərdə tutulurdu.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında son zamanlar sosial islahatların aparılması müxalif qüvvələrin hökumətə təzyiqi ilə əlaqələndirilir.

Daha əvvəl 2018-ci ildə qadınların avtomobil sürməsinə qoyulan qadağa, bu il isə qadınların ərlərinin razılığı ilə ölkə sərhədindən kənara çıxmaq qadağası aradan götürülmüşdü. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »