Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə ümumi tətil və nümayişlər davam edir

Fransada xüsusi təqaüd rejimlərinin ləğv olunmasına görə etiraz tətili və nümayişləri davam edir.

Etiraz tətilinin 5-ci günü dəmir yolu sahəsində qatar sürücülərinin 77,3 faizi işə çıxmayıb. Parisdə regional ekspress dəmir yol şəbəkəsi (RER) və metro qatarlarının 15 faizinin işlədiyi bildirilib.

Hökumət dekabrın 11-də yeni təqaüd islahatları layihəsinin tam mətnini açıqlayacağı ilə bağlı məlumat yayıb. Ölkədə həmkarlar təşkilatları insanları dekabrın 10-da yenidən ümumi tətil və nümayişə çağıraraq həmin günün həlledici olacağını elan edib. Nəqliyyat həmkarlar təşkilatlarının bəziləri tətili dekabrın 31-dək davam etdirəcəklərini bildiriblər. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »