Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı repçilərə Rusiyada silahlı hücum

Rusiyada yaşayan azərbaycanlı repçilər onlara atəş açılması ilə bağlı polisə müraciət ediblər.

27 yaşlı Aleksandr Əliyev və 24 yaşlı Nəvai Bəkirov (HammAli & Navai) Moskvadan Lipetskə konsert verməyə gəliblər.

Aleksandr Əliyev və yaşlı Nəvai Bəkirov

“Meqapolis” mədəniyyət-əyləncə mərkəzinin qarşısında keçirilən konsertin gedişində polisə binada mina alması barədə məlumat daxil olub.

Bununla bağlı hadisə yerinə xüsusi-mühafizə, hüquq-mühafizə xidmətinin əməkdaşları və tibb işçiləri cəlb olunub.

Üst geyimlərini belə geyinə bilməyən 500-ə yaxın tamaşaçı küçəyə çıxarılıb.

Oxu.Az-ın xəbərinə görə, axtarış nəticəsində binada partlayıcı əşya tapılmayıb.

Repçilər onlara məxsus “Mercedes-Benz” markalı avtomobillə əyləncə mərkəzini tərk elədikdən sonra, “LADA Priora” markalı avtomobillə onları təqib edərək atəş açıblar.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Əliyev Bakıda, Bəkirov isə Samarada doğulub. Onların hər ikisi azərbaycanlıdır.

Son xəbərlər
Bütün xəbərlər »