Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İŞİD-çiləri Avropaya qaytardı

Türkiyə İŞİD üzvü olan Avstraliya vətəndaşını deportasiya etmişdi. Növbə Fransa vətəndaşlarına çatıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə bu Avropa dövlətində doğulan 11 İŞİD-çini geri qaytarıb. “Anadolu” informasiya agentliyi Türkiyə Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qardaş ölkədə ümumi fikir belədir ki, Avropa dövlətləri İŞİD-çilərin qaytarılmasında maraqlı deyil. Türkiyə hökuməti avropalıların böyük cəhdlə imtina etməyə çalışdığını bildirir. Amma proses istənilən halda davam etdirələcək. Daxili işlər naziri Süleyman Soylu az əvvəlki açıqlamasında bunu xüsusu vurğulamışdı.

“Anadolu” informasiya agentliyinin məlumatına görə, Türkiyə indiyə qədər 7500-ə qədər İŞİD-çini deportasiya edib. Qardaş ölkənin həbsxanalarında daha 1149 terrorçu var.

Noyabrın əvvəllərində İŞİD-in üzvü olan ABŞ-ın 1, Almaniyanın 7 vətəndaşı deportasiya edilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »