Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayev deputat olmaq istəyir - Video

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir. Son günlər ölkədə əsas müzakirə mövzusu Milli Məclisin buraxılması və erkən seçkilərlə bağlıdır. Artıq indidən bəzi şəxslər növbədənkənar seçki olarsa, deputat mantdalı uğrunda mübarizə aparacağını bildirir.

Bizimyol.info xəbər verir ki, özünü bloqçu adlandıran Ata Abdullayev parlament seçkilərində iştirak etmək istədiyini bildirib.

“Milli Məclisin deputatı olmaq istəyirəm. Şimal bölgəsindən namizədliyini verəcəm”,-deyə A.Abdullayev bildirib.

Onun sözlərinə görə, ictimaiyyət onu tanıyır, amma buraxılan Milli Məclisin əksər deputatlarını tanımır.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçiriləcək. Növbədənkanar seçkilərdə üzvlərin gəncləşəcəyi ilə bağlı müxtəlif məlumatlar dərc olunub.

Son xəbərlər
Bütün xəbərlər »