Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Husilər Amerika təyyarədaşıyanını batırmaqla hədələyib

Yəmənin bir hissəsinə nəzarət edən və İrandan dəstəklənən husi qruplaşması ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisini hədələyib.

Avia.pro portalı xəbər verir ki, husilər təyyarədaşıyanın keçəcəyi istiqamətin 10 kilometrliyinə qanadlı və ballistik raketlər yerləşdiriblər. Yaraqlılar ABŞ-ın Yəmənə hava zərbələrini yada salıblar və qisas olaraq təyyarədaşıyanı Bab-əl-Mandeb körfəzinin sularında batıra biləcəklərini bildiriblər.

Belə ki, təyyarədaşıyan tezliklə husilərin nəzarətində olan ərazilərin 10-15 kilometrliyindən keçəcək. Gəmini atəşə tutmaq üçün yaraqlıların əlində həm qanadlı, həm ballistik raketlər var. Bu raketlər kütləvi şəkildə tətbiq edilərsə gəmini dəlik-deşik edə və suyun dibinə göndərə bilər.

Hərbi ekspertlər qeyd edirlər ki, bir neçə gün əvvəl Yəmən sahillərində döyüş başlıqları daşıyan gəminin saxlanılması da husilərin Amerika təyyarədaşıyanına hücum planlaşdırdıqlarına dəlalət edə bilər. Gəmi Bab-əl-Mandeb körfəzindən keçərkən yaxın məsafədən buraxılan raketlər üçün asan hədəfə çevrilərdi. Belə məsafədən mövcud raketdən müdafiə sistemlərinin heç biri işə yaramayacaq. Lakin husilər onu da dərk edirlər ki, Amerika təyyarədaşıyanına hücum nəyə gətirib çıxara bilər.

Xatırladaq ki, “USS Hary Truman” əvvəlcə Suriya sahillərində, Rusiyanın Tartus hərbi dəniz bazasının yaxınlığında görünəcək, daha sonra Fars körfəzinə istiqamət alacaq.(virtualaz.org)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› ÜST: "Omicron Avropada pandemiyaya son qoya bilər"
Son xəbərlər
Bütün xəbərlər »