Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oqtay Gülalıyevin vəziyyətində "dəyişiklik yoxdur"

Oktyabrın 29-da piyada keçidində avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin qara ciyərində və böyrəklərində problem yaranıb.

Bizimyol.info xəbər verir ki, bu barədə hüquq müdafəçisi Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

O, qeyd edib ki, hüquq müdafəçisinin qara ciyərində problemlər getdikcə artır: “Verilən dərmanlara görə böyrəklərində də problem yaranıb, keratinin səviyyəsi artıb. Bu səbəblərdən qanında və ağ ciyərində olan infeksiyalara qarşı edilən antibiotikləri saxlayıblar”.

Qeyd edək ki, hüquq müdafiəçisi Oktay bəyin müalicəsinə dəstək üçün bank hesabı açılıb. Eləcə də, onun müalicəsinin dövlət hesabına ödənilməsi üçün imzatoplama kampaniyası aparılır.

Oqtay Gülalıyev "Tərtər işi", "Nardaran işi", "Kür daşqınları" kimi tanınan mövzularda hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. 2012-ci ildə ona "Kür" Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru olduğu dövrdə "kütləvi iğtişaş" ittihamı ilə cinayət işi açılıb. Həmin ilin aprelində Sabirabad rayon Məhkəməsi Gülalıyev haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi qərarını verib. Oqtay Gülalıyev 2012-ci iləd Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların "ədalətli bölünməsi" tələbi ilə keçən etirazlardan sonra həbs olunmuşdu.

O, son illər Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru kimi ölkədə yerli və beynəlxalq təşkilatların "siyasi məhbus" kimi tanıdığı şəxslərin azadlığa buraxılması üçün aktiv fəaliyyət göstərirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »