Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Buraxılmış Milli Məclisin deputatlarının yenidən namizədliyini verməsi etik deyil” - Ekspert

Xəbər verdiyimiz kimi ötən həftə Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Konstitusiya Məhkəməsi məhz deputatların “vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəasını əsas tutaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentin müraciətinə müsbət rəy verib. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “aradan qaldırıla bilməyən səbəblər” dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşüldüyünü bildirib. Yəni, anlaşıqlı formada bu o deməkdir ki deputatların əksəriyyəti öz razılıqları ilə yazılı olaraq, həm də səsverməklə təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər. Konstitusiya Məhkəməsi də məhz bu faktı nəzərə alaraq müsbət rəy verib.

Belə olan halda maraqlı sual ortaya çıxır: Buraxılmış Milli Məclisin deputatları yenidən namizədliyini verə bilərmi?

Ələsgər Məmmədli Ələsgər Məmmədli

Bu suala cavab olaraq hüquqşünas Ələsgər Məmmədli Bizimyol.info-ya bildirib ki, qanunvericilikdə keçmiş deputatların yenidən namizədliyini verməsinə hüquqi baxımdan məhdudlaşdırıcı norma olmasa da, etik baxımdan problemin olduğunu bildirib.

“Milli Məclisin buraxılmasının lehinə səs verən 99 nəfərin yenidən deputatlığa namizəd olması etik baxımdan ciddi problemdir. Əgər siz düşünürsünüz ki, hakimiyyətin bu qolu normal işləmir, öz fəaliyyətinizi yetərli hesab etmirsiniz və özünüzü islahatlara mane olan tərəf hesab edirsiniz, istər partiya üzvü olsun, istər bitərəf olsun, əgər onlar parlamentinin buraxılmasına qarşı çıxamayıblarsa, onların parlamentə namizədliyini verməsi etik deyil”,-deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »