Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ATƏT PA-nın prezidenti: “Avropa üçün ağrılı olan Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir”
Giorgi Tsereteli
“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in potensialı böyükdür, lakin təbii ki, siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli apa-nın Gürcüstan bürosunun sualını cavablandırarkən deyib.

O bildirib ki, münaqişənin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər böyük önəmə malikdir və hər şeydən öncə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.

“ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan XİN başçısı ilə hazırkı hadisələri - qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı başadüşmə olmalıdır, bu, münaqişənin sülh yolu ilə həlli üçün vasitədir. Düşünürəm ki, onillər öncə meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir. Hər şeydən öncə Cənubi Qafqaz xalqları, Azərbaycan və Ermənistanın münaqişənin həllində maraqlıdırlar. Bu görüşlərin dəyəri var və tamamilə əminəm ki, bu kontekst çox vacibdir”, - deyə ATƏT PA-nın prezidenti qeyd edib.

Paylaş »
››› Zooparkdan paylaşılan şəkillər hamını heyrətə gətirdi - Fotolar
››› Astroloqlar bu il hansı bürclərin bəxtinin gətirəcəyini deyir...
››› Baş Prokurorluq Nərminin qətl işi ilə bağlı daha bir xəbər portalına xəbərdarlıq edib
››› Azərbaycanlı milyarderin keçmiş həyat yoldaşı oğlunu məhkəməyə verib
››› Rusiyanın yeni hökumətinin üzvləri məlum olub - Siyahı

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »