Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA Azərbaycandakı növbədənkənar seçkiləri müzakirəyə çıxarır

Bu gün dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tədbirlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəklər.

Mətbuat xidməti qeyd edir ki, iclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və Azərbaycanda keçiriləcək parlament seçkiləri, monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Konstitusiya Məhkəməsinin rəyi əsasında Milli Məclisin buraxılması, növbədənkənar seçkilərn təyin edilməsi haqda sərəncam imzalayıb. Milli Məclisin qanunvericilik funksiyasına xitam verilsə də onun bəzi funksiyaları, o cümlədən beynəlxalq təşkilatlarda təmsilçilk qüvvəsində qalır. Nəticədə Milli Məclisin iki deputatı AŞPA toplantısına yollanıb.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »