Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda mərasim mədəniyyəti – Yasımız toya, toyumuz yasa dönməsin

"Azərbaycanda yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası zamanında fətva verib və çağırış edib ki, yas mərasimlərində dəbdəbəli vəziyyət yaradılmasın, o cümlədən israfçılığa yol verilməsin. Bu, tövsiyə xarakterli bir çağırışdır".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, islamda yas mərasimlərinin təşkili ilə bağlı mütəxəssislərin, imamların geniş açıqlamaları var: "Bir var adət-ənənələr, bir var İslamdan irəli gələn vacib şərtlər. Əgər biz islami dəyərlərə diqqət yetirsək, islam dinindəki mərasim tamamilə başqa formada olmalıdır. Amma bizdə yas mərasimləri bəzən adət-ənənələrdən irəli gələn məsələlərdə özünü büruzə verir. Əlbəttə, burada hər hansı bir qadağadan söhbət gedə bilməz. Bu, yalnız təbliğat, tövsiyələr yolu ilə həll edilə bilər. Bu, zamana bağlı olan məsələdir. Burada hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Məsələ təbliğat yolu ilə tədricən həllini tapacaq. İndiyə qədər verilən tövsiyələr kifayət qədər təsir göstərib, bir çox yerdə yas mərasimlərinin sadələşdirilməsi istiqamətində əhali özü razılığa gələrək, bu addımı atıb. Bir çox kənddə, rayonda ümumi razılıqla bu məsələləri həll ediblər”.

Komitə sədri hesab edir ki, burada tövsiyələr mühüm rol oynayır.

Ölkədə yas mərasimlərinin eyni qaydada təşkil edilməsi üçün iki üsul mövcuddur. Birincisi sərt cəzalar ikincisi isə təbliğat yoludur.

V çağırış Milli Məclisin deputatı Siyavu Novruzov deyib ki hələki təbliğatla bu məslələrin sadələşdirilməsi yönünüdə iş aparılırş. Yəni zəngin və kasıb fərq edilməməklə hamı eyni şəkildə dəfn edilməlidir. Nümunəv qəbiristanlıqların hazırlanması üçün Nazirlər Kabineti artıq qərar verib və yer ayrılıb fəxri xiyaban və şəhid qəbiristanlıqları istisna olmaqla ləcə də ictimi xadimlər və milli qəhrəmanlar istisna edilməklə dəfn mərasimlərinin eyni qaydada keçirilməsi yönündə tədbirlər hazırlanacaq.

Ölkənin bəzi rayonlarında bu məslə öz həllini tapsa da bu ümumxalq səviyyəsinə keçməyib

Hacı Şahin Həsənli Bizimyol.info-ya bildirib ki, yas məclislərində israfçılığa yel verilir və bu, dinimizin ehsan haqqında olan hədisləri ilə tam ziddiyyət təşkil edir. “İslam dininin dünyadan köçmüş insan barədə göstərişləri yalnız insanın kəfənlənib dəfn olunması ilə məhdudlaşır. Yəni, dünyadan keçən insanı yuyub, kəfənləyib dəfn etmək lazımdır. Ondan sonra isə mərhumun ailəsinin boynunda heç bir vacib əməl yoxdur. Bizdə isə sanki vacib əməl kimi 40 gün ərzində mərhum üçün yas mərasimi təşkil olunur, ehsan verilir, o cümlədən cümə axşamları keçirilir. Lakin bu, dinimizə əsasən qəbul olunan əməl deyil. Təbii ki, hər bir şəxsin dünyadan köçən yaxını üçün ehsan vermək haqqı var. Amma bu, icbari xarakter daşımamalı, məcburi olmamalıdır. İlin istənilən vaxtında, xüsusən də ehtiyacı olan, fəqir insanlara ehsan verilə bilər. Ancaq bizdə təşkil olunan indiki yas mərasimləri dinimizə həm məntiqlə, həm də dinimizin göstərişlərinə ziddir”.

Əslində elə toy mərasimlərimizdə də ifratçılıq və israfçılıq baş alıb gedir.

Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı məclislərimizdə yol verilən israfçılıq barəsində bunları deyib :

“Heç yerdə Bakının Qobu kəndindəki kimi dadlı küftə- bozbaş yeyə bilməzsiniz. Onun dalıncs nəcə başqa bir xörək yemək günahdır... Sözümün canı var. Mənə dedilər ki, Qobuda bu ğün də toyları kəndin bu şah yeməyi ilə yola verirlər. Nə toylardan narazı qalan var, nə doymadım deyən... Bir vaxtlar Bakının bütün kəndlərində beləydi. Yeni zəngin nəsillər gəlib öz görməmişlik və şöhrətpərəstlikləri ilə şəhər toylarını Azərbaycan mətbəxinin və bərəkətinin yarış və israf meydanına çevirdilər.... Kimin ağlına nə gəlirsə və əlinə nə düşürsə düzür süfrəyə. Masalar ağırlıqdan sınır. İmkanlıların Şadlıq evlərində də yerin-stulun biri 100-200 manat arasında. İnsan də özü özünə belə zülm eləyər?. Veriıən nəmər toy sahibinə çatsa, ailə quran gənclərimizin ehtiyacına xərclənsə nə vardı ki! Qazan, doldur toyxana mafiyasının ciblərini...Bu mafiyanı və yabançı adlar daşıyan Şadlıq saraylarını baykot etməyin ən yaxşı yolu Qobu kəndinin nümunəsidir. Bir vaxtlar da yazmışdım: Köhnə Bakının toy ənənələrini bərpa edək! Qarınqululuğa və israfçılığa son qoymağın başqa yolu yoxdur!”.

Nənəm son illər baş verən bu təmtəraqı, özü demiş “ cümbüşü” görüb deyərdi ki, toyun adına toy deyiblər ki, toy edənin bağrı çatdamasın. Yaman ağır iş olub toy etmək. Əslində yman ağır olsa da yaman da qazanclı iş olub indi məclis eləmək. Bilmirsən məclisdə ölənə ağlayasan, yoxsa bu zıppıltını çəkməyə məcbur qalan diriyə.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »