Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meşədə itmiş uşağı kenquru xilas elədi - Foto

Meşədə itmiş balaca oğlanı Kenqurunun xilas etməsi barədə xəbərlər Avstraliyadan bütün dünyaya yayılaraq böyük maraqla qarşılanıb.

Bizimyol.info xəbər verir ki, 7 yaşlı Saymon Kryuqer ailəsi ilə birlikdə Dip- Krik qoruğuna pikniyə gedib. Anası üçün çiçək toplamağa başı qarışan oğlan yolu itirib və geriyə dönə bilməyib.

Saymon Kryuqer

Gecə havanın temperaturu 6 dərəcəyə düşəndə Saymonu qorxu bürüyür. Oğlan valideynlərinin onu axtardığını bildiyi üçün bir ağacın dibində oturur və qorxudan ağlamağa başlayır. Bu zaman kolların arxasından ona yaxınlaşan kenqurunu görüb duruxur. Heyvan heç qorxmadan uşağa yaxınlaşır. Saymon anası üçün topladığı çiçəkləri kenqururya uzadır. Kenquru çiçəkləri yedikdən sonra uşağın yanında yerə uzanır və quyruğu ilə onun üzərini örtür. Sabaha qədər kenquru ilə ağacın dibində yatan oğlanı səhər xilasedicilər tapanda o tək idi. Ailəsinə necə xilas olduğunu deyəndə bəziləri bu hekayəyə inanmasa da, anası əmindir ki, bu həqiqətdir.

“Kenquru onun yanında deyildi, lakin Saymondan spesifik bir qoxu gəlirdi. Onu yəqin ki Allah göndərmişdi ki, bizim balamızı xilas eləsin”, - deyə Saymonun anası bildirib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »