Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şaxta Babanı Bakıda hansı əcnəbilər axtaracaq? – Yeni il turizmi vüsət alır

Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük hesabatı (iyun-sentyabr) açıqlanıb, məlum olub ki, Azərbaycandan gələn hər turist Cürcüstanda ortalama 524,5 lari (302,32 manat), Ermənistandan gələn hər turist isə 553,9 lari (319,27 manat) xərcləyib.

Yeni ilin gəlişi ilə insanlar bayram havasında başqa ölkələrə səfər arzusuna düşürlər. Elə Bakının özündə də bayram günlərində mərkəzi küçələrdə əcnəbilərin sayının artdığı müşahidə olunur. Maraqlıdır, azərbaycanlılar bayram günlərində daha çox hansı ölkələrə getməyə üstünlük verirlər? İsti yoxsa soyuq? Yeni ili dənizdə, yoxsa Santa Klausun vətənbində keçirməyi arzu edirlər? Bəs Şaxta babanı Azərbaycanda ən çox hansı ölkələrin vətəndaşları axtarırlar? Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyətinin üzvü və Ekspertlər Şurasının rəhbəri Göydəniz Qəhrəmanov Bizimyol.info-nun bu suallarına cavab olaraq bildirdi ki, azərbaycanlılar yeni il qabağaı əsasən Dubay, Sigapur, Malaziya, Bali, Maldiv adalarıı və Avropa ölkələrinə səyahət paketlərini seçirlər.Azərbaycana isə əsasən ərəb ölkələrindən və İrandan turistlər gəlir.

“Xaricdən gələn turistlər ildən ilə artır. Ərəb ölkələrinnən gələn turislər daha çox Bakı, Gəbələ və Guba Gusara üz tuturlar. Gar görmək və xizək sürməyə xoşlayırlar deyə dağlarda istirahətə üstünlük verirlər”,- deyə o bildirib.

Göydəniz Qəhrəmanlının sözlərinə görə, bayram qabağı turpaketlərdə və otel qiymətlərində fərqlər nəzərərçarpacaq qədər olur.

“Giymətlər fərglidi. Bir çox otellərdə əyləncə programları, Şam yeməyi giymətə daxil olduğu üçün giymətlərdə artım var. Elə otellər var ki giymətlər dəyişməyib. Qeyd etmək istəyirəm ki, yaxın günlərdə yay aylarına tur paketlərin giymətlərinə Öncədən Sifarış etmə endirim kampanyası başlıyacag. Antaliya,Bələk,Kəmər,Quş adası, Bodrum Dalamana səfər edən turistlər bu imkandan yararlana biləcəklər. Təxmini 20%-50% gədər endirimlər nəzərdə tutulub. Bu paketləri yerli turizm şirkətlərindən əldə etmək olar”,- deyə ekspert bildirib.

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Boş verin heykəlləri-filan...
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
Son xəbərlər
Bütün xəbərlər »