Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Uduzmağı bacarmaq özü bir mədəniyyətdir”

Fevralın 9-da keçiriləcək parlament seçkilərində artıq bir neçə siyasi partiya öz iştirakını irəli sürüb.

Artıq seçki qabağı mərhələ ifadəsini tətbiq etmək olar. Bu mərhələdə milli məkanda siyasi partiyaların fəaliyyəti, seçkilərdə iştirak proqramı, əvvəlki mərhələlərdən fərqli strateji və taktiki tədbirlər planı, müxalifət partiyalarının mövcud olduqları iflas durumundan çıxmaq üçün hər hansı ciddi konsepsiyasının olub-olmadığı, resursları və potensialları, siyasi mübarizədə qüvvələrin konfiqurasiyası və s. məsələlərə nəzər salmaq vacibdir.

Siyasi tarixdə partiyasız, birpartiyalı, ikipartiyalı və çoxpartiyalı hakimiyyətlər mövcud olmuşdur. Partiyasız sistemlərdə ya rəsmi qeydiyyata alınmış partiya olmur, ya da partiyaların hər hansı fəaliyyətinə qadağa qoyulur. Partiyasız seçkilərdə hər namizəd özünü müstəqil şəkildə təmsil edir. Belə sistemə tarixi nümunə kimi Corc Vaşinqton administrasiyasını və ABŞ Konqresinin ilk seçkilərini göstərmək olar.

“Seçkilərdə işitirak edib etməmək hər bir partiyanın müstəsna hüququdur”.

Məzahir Pənahov

Bizimyol.info-ya bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsləndirib. “Seçkidə iştirak edib-etməmək qərarını partiya özü verməlidir. Seçkini boykot etmək və iştirak etməmək bir qədər qəribə səslənir. Partiya elə onun üçündür ki, o seçkidə iştirak etsin və öz gücünü göstərsin. Seçki güc barometridir və eyni zamanda təcrübə toplamaq üçün yaxşı platformadır. Təcrübəsi, seçkilərdə iştirak peşəkarlığı olan partiyalarla mübarizə və rəqabət asan məsələ deyil. Bəzi partiya nümayəndələri hələ seçkilər baş tutmadan narazılıq bildirirlər. Partiyanın narazılıq bildirməsi üçün öncə işirakı lazımdır. Iştirak etmədən narazılıq etmək, fikir bildirmək dünya təcrübəsində ciddi qəbul olunmur. Dünya çapında yanaşmalar var. Bütün dünyada siyasi partiyalar məhz seçkilərdə xoşagəlməz halların qarşısının alınması üçün iştirakçı olurlar. Partiyaların çoxlu sayda müşahidəiçiləri olur, onların fikirlərini dünyaya çatdırmaları üçün şərait yaradılır.Biz bu baxımdan bütün addımları atırıq.Nə qədər çox siyasi partiya iştirak edirsə bu bizi o qədər məmnun edir. Tərəf nə qədər çox olarsa bu bizim üçün daha yaxşıdır. İçəri daxil olanda pozuntuya yol verilmədiyini öz gözləri ilə görə bilərlər. Amma xırda xətala və pozuntuların olması da normaldır. Heç kim sığortalanmayıb ki, milyonlarla insan olan yerdə hansısa pozuntular baş verməsin. MSK-nın vəzifəsi bu pozuntulara adekvat cavab verməkdən ibarətdir. Uduzmağı bacarmaq özü bir mədəniyyətdir. Uduzmağa da özümüzü öyrətməliyik. Düzdür bu mənada 15 il öncəyə nisbətən müqayisə olunmayacaq qədər irəliləyiş var”,- deyə MSK sədri bildirib.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »