Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"da daha bir yeni funksiya

"WhatsApp" mesenceri, tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən yeni bir funksiya ilə təchiz olundu.

"Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiyaya "WhatsApp xatırlatma" adlanır və mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.

Tapşırıq yaratmaq üçün, xatırlatma vaxtını qeyd etməklə "Any.do" botuna müvafiq mesaj göndərilməlidi. Bundan əlavə, avtomatik olaraq tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajlar yönləndirilə bilər.

Daha əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.(metbuat.az)

Son xəbərlər
Bütün xəbərlər »