Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb
surucu5

Bakıda sürücü vurduğu lal piyadanı naməlum istiqamətə aparıb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində “VAZ-2107” markalı avtomobil 45 yaşlı Akif Əzimovu vuraraq xəsarət yetirib. Yaralının yaxınlarının dediyinə görə, hadisəni törədən sürücü yaralı A.Əzimovu avtomobilinə mindirərək naməlum istiqamətə aparıb. Zərərçəkənin qohumları bildiriblər ki, paytaxtın xəstəxanalarına, morqlara və polis idarələrinə müraciət etsələr də, heç bir yerdən A.Əzimovla bağlı məlumat ala bilməyiblər.

Hazırda yaxınları A.Əzimovun axtarışına başlayıblar.

Yol-nəqliyyat hadisəsində xəsarət alan A.Əzimovun nitq qüsurlu olduğu bildirilir. (Report.az)

Paylaş »
››› Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı
››› Seçici görüşə gələn deputatı biabır etdi - Video
››› Xristianlığı qəbul edən 5 türk xalqı - Fotolar
››› "Aztelekom" məhkəməyə verildi – Müştəriləri “oğurladığına” görə
››› Bir ailənin 3 üzvünün öldüyü qəza yerindən görüntülər - Video

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »