Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aeroport yolunda qəza: tıxac yaranıb

Heydər Əliyev prospekti - hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report” Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevə istinadən xəbər verir.

“İlkin məlumata görə, “Baku Expo Center”in qarşısında yük maşını aşıb. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir. Yolun bu hissəsində zolaqlar üzrə sürət həddi də endirilib.

Bir daha sürücülərin bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyirik”, - deyə o bildirib.

Son xəbərlər
Bütün xəbərlər »