Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubernator “İnstagram”da keçirdiyi səsverməyə əsasən 31 dekabrı istirahət günü elan etdi

Rusiyanın Pskov vilayətinin qubernatoru Mixail Vedernikov “İnstagram”dakı izləyiciləri arasında 31 dekabrın qeyri-iş günü hesab olunması barədə soğru keçirib.

92 faizlik müsbət rəy alan qubernator ilin sonuncu gününü qeyri-iş günü elan edib.

Qubernator qərarını belə izah edib:

“Səsvermə açıq şəkildə göstərdi ki, Pskov vilayətinin əhalisinin böyük əksəriyyəti ilin son gününü istirahət günü kimi görmək istəyirlər. Bununla da istirahət gününün 31-dən 28-nə keçirilməsi haqqında sərəncam imzalandı. Qoy, bu gələn yeni ilin ilk hədiyyəsi olsun”.

Bundan əvvəl Stavropol vilayətinin qubernatoru eyni addımı atmışdı. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »