Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp İrana təşəkkür etdi

ABŞ Prezidenti Donald Tramp İrana təşəkkür edib.

Dövlət başçısı bu addımı "ədalətli danışıqlara" və ABŞ vətəndaşını azadlığa buraxılmasına görə atıb.

Aparılan danışıqların nəticəsində əldə olunan razılaşmaya görə, ABŞ-da həbs olunan iranlı alim Məsud Süleymanı və İranda həbs olunan Suyzan Vanqa azadlığa buraxılıblar. Bundan sonra ABŞ prezidenti Tramp "Twitter” hesabında İrana təşəkkürünü bildirərək yazıb ki, Barak Obamanın prezidentliyi dövründə İranda həbs edilən Syuzan Vanqa onun dövründə azadlığa çıxdı. Bu hadisə onu göstərir ki, rəsmi Tehran ilə Vaşinqton danışıqlar masası arxasında müzakirələr aparıb razılıq əldə edə bilərlər.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da İran ilə danışıqların konstruktiv və ədalətli aparıldığını bildirib. (Qaynarinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »