Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq" - Saakaşvili

Əgər Ukrayna danışıqlarda məğlub olsa, bu, Ukrayna ilə birlikdə hamımızın məğlubiyyəti olacaq.

Bunu Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Parisdə keçiriləcək "Normand dördlüyü"nün görüşü ilə bağlı açıqlamasında deyib.

Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin mövqeyini dəstəklədiyini bildirib.

“Mən onun motivasiyasını anlayıram. Bu, övladlarını itirə biləcək Ukrayna analarının, təhlükəsizliyi haqda düşünən hər bir insanın motivasiyasıdır”, - Saakaşvili qeyd edib.

Saakaşvili bu danışıqlarda Ukraynanın uğur qazanması üçün hər kəsi dua etməyə çağırıb. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »