Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı insanları hansı bürcdəndir...

Bürclərə ciddi yanaşmaq lazımdır. “Forbes” jurnalının araşdırması göstərir ki, dünyanın ən varlı insanları daha çox 5 bürc altında doğulanlardır.

Bizimyol.info xəbər verir ki, varlı adamların dünyaya gəlməsi baxımından Qız bürcü xüsusilə fərqlənir. Amma “Forbes”in siyahısında Əqrəb, Oğlaq, Qoç, Əkizlər də seçilir.

Uorren Baffet Uorren Baffet

Qız – Məşhur investor Uorren Baffeti (87,7 milyard dollar), “L'Oreal” imperiyasının varisi Fransuaza Betankur-Mayersi (56,7 milyard dollar), “Walmart” şəbəkəsinin varisi Alisa Uoltonu (53,2) bu bürc birləşdirir. Bu bürcdən olanlar zəhmətkeş olması ilə fərqlənir.

Bill Qeyts Bill Qeyts

Əqrəb – Bu bürcdən olanlar üçün pul həyatda ən ali məqsədinə çatmaq üçün vasitədir. “Microsoft”un yaradıcısı Bill Qeyts (110 milyard dollar), “Koch Disruptive technologies”in rəhbəri Çarlz Kox (61,4 milyard dollar) və Çinin ən varlı sakini Ma Huaten (45 milyard dollar) bəlli zaman kəsiyində doğulub.

Oğlaq – Bu adamların həyatda həmişə bəxti gətirir. Zəngin “Oğlaqlar”dan “Amazon”un rəhbəri Ceff Bezosun (109 milyard dollar), “Facebook”un təsisçisi Mark Zukerberqin (76,7 milyard dollar) adını çəkə bilərik.

Jeff Bezos Jeff Bezos / Foto: AFP 2019 / Manjunath Kiran

Qoç – Avantüristdirlər. Çox fəal həyat tərzi keçirirlər. “Zara”nın rəhbəri Amansio Orteqa (70 milyard dollar), “Google” şirkətinin həmtəsisçisi Larri Peyc (64,7 milyard dollar), “Walmart”ın səhmdarı Semyuel Uolton (46,4 milyard dollar) və Hindistanın ən varlı insanı Mukeş Ambani (60,1 milyard dollar) Qoç bürcündəndir.

Mark Zukerberq Mark Zukerberq / Foto: Wikimedia Commons

Əkizlər – Pulu çox tez xərcləmirlər. “Walmart”ın daha bir səhmdarı Cim Uolton (54,2 milyard dollar) və “Thomson Reuters”in rəhbəri Devid Tomson (27,2 milyard dollar) bu sıradadır.

Son xəbərlər
Bütün xəbərlər »