Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bibiheybət məscidi yaxınlığında son durum
Torpaq sürüşməsi

Noyabrın 24-də gecə saatlarında Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun sağ hissəsi dağılaraq, uçub. Hadisə ilə əlaqədar yol bağlanılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Hazırda isə ərazidə təmir öncəsi hazırlıq işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov "Sputnik Azərbaycan"a açıqlamasında bildirib ki, hazırda Bibiheybət piri yaxınlığında sürüşmə ərazisində vəziyyət sabit olaraq qalır: "Orada hazırda heç bir ciddi proses baş vermir. Ərazidə Azərbaycan Avtomobil Yolları Agentliyinin əməkdaşları iş aparırlar. Yəqin, yaxın günlərdə təmir işlərinə başlayarlar".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, sürüşmə zonasında nisbi sakitlıikdir.

"AAYDA geoloji kəşfiyyat işlərinin nəticəsi məlum olduqdan sonra işə başlayacaq. Yəni bununla bağlı layihə təqdim ediləcək. Gələcəkdə belə problemin təkrar yaşanmaması üçün əsaslı təmir işləri aparılmalıdır. Təmir işləri, yəqin ki, bir neçə ay davam edəcək. Amma hələ işlərə başlanılmayıb"

Paylaş »
››› “Şadlıq evlərində toy eləmək daha mümkün deyil” - Deputat
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »