Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 yaşlı elektrik mühəndisi - 6 illik tədris proqramını 18 aya bitirib

O, ibtidai məktəbdə oxumağa başlayanda 4 yaşında idi. Onun sinif yoldaşları hələ ki, orta təhsil üzrə tədrisə başlamayıblar. Laurent Simons isə artıq Universitet diplomunu almağa hazırlaşır. Və onun cəmi doqquz yaşı var.

Belçika əsilli Laurent Simons başqa şagirdlər kimi, ibtidai məktəbin birinci sinfini bir ilə tamamladı. Növbəti il ərzində isə o, sürət yığaraq, artıq altıncı sinfi bitirdi.

6 yaşında ikən ali məktəbə daxil oldu və nəzərdə tutulan 6 illik tədris proqramını cəmi 18 ay içində başa vurdu.

Daha sonra o, dincəlməyə qərar verdi. Hərçənd ki, istirahət qısa idi. Belə ki, səkkiz yaşında, o, evdə qalmaq üçün 6 aylıq fasilə aldı.

Cəmi doqquz ay oxuyaraq, dekabr ayında, o, elektrik mühəndisliyi üzrə diploma sahib olacaq.

Lakin Laurent buna necə nail olduğunu dəqiq izah edə bilmir.

BBC-nin Newsday proqramının "Axı, 9 yaşında ikən diplom almağa necə nail oldunuz?" sualına cavab verən Laurent Simons "Heç özüm də bilmirəm" deyib.

Mühəndislik, tibb, və ya hər ikisi?

Laurent texnologiyanın insana necə xidmət edə biləcəyi ilə maraqlanır. Onun diplom mövzusu insan beyninə birləşən elektrik çiplə əlaqəlidir.

Çip eyni anda minlərlə neyronun göstəricilərini ölçə və izləyə bilər.

O, həkimlər ailəsindəndir. Özü də tibb üzrə təhsil alıb, doktoranturada oxumaq istəyir.

Lakin ixtisası üzrə elmi dərəcə almaq onun yeganə məqsədi deyil.

"Hədəfim süni orqanlar yaratmaqdır", - 9 yaşlı tələbə belə deyir.

Süni ürək və ya böyrək kimi orqanlar bədənin müəyyən hissəsini əvəzləyə və bununla da donor orqanlarının nəqlinə ehtiyacı aradan qaldıra bilər.

"Əslində mənim məqsədim insan ömrünü uzatmaqdır", - Laurent deyir.

Laurent-in məqsədi süni orqanlar vasitəsilə insan ömrünü uzatmaq, həyatın keyfiyyətini yaxşılaşdırmaqdır.

"Nənəm və babam da daxil, başqa insanların ömrünü uzatmaq istəyirəm", - Laurent deyir.

Yeri gəlmişkən, məktəbə getməzdən əvvəl uşağın potensialını ilk aşkar edən məhz Laurentin nənə və babası olub.

Laurent Simons

"Onu nənə-babası böyüdüb və onlar uşaqda xüsusi bir şey görüb, bu barədə danışmağa başlayıblar. Bizə elə gəlirdi ki, onlar, başqa nənə-babalar kimi, öz nəvələrilə fəxr edir, ona görə də, biz buna ciddi yanaşmadıq", - Laurentin atası Alexander Simons yadına salır.

Şifrəni açmağın çətinliyi

Lakin ibtidai məktəb müəllimləri eyni rəylə bölüşəndən sonra, Laurentin valideynləri onun inkişafının səbəblərini müəyyən etməyə çalışdılar. Şagirdin nailiyyətləri mütəxəssisləri də heyran etdi.

Fotoqrafik yaddaşla yanaşı, 145 ballıq İQ səviyyəsinin sahibi olan oğlan, həmçinin yaxşı təhlil qabiliyyəti ilə seçilirdi.

O, lap əvvəlcədən riyaziyyat və elmi fənnləri sevsə də, dillərə o qədər də meyl göstərmirdi.

Atasının sözlərinə görə, Laurent bəzi günlərdə məktəbə getməyə həvəssiz görünürdü, tənbəlliyə qapılıb vaxtını evdə keçirmək, ya da ki, çimərlikdə oynamaq istəyirdi.

Lakin Universitetə gedəndən sonra o, vaxtına daha diqqətli yanaşmağa başladı.

Onun günləri çox məşğul keçir.

"O, bazar ertələri kursla bağlı təqdimatlara qatılır. Çərşənbə axşamını laboratoriyada keçirir, çərşənbə günü isə oxumağa ayrılıb.

O, evdə qalıb səkkiz saat ərzində dərs oxuyur. Cümə axşamı fakültədə görüşlər keçirib suallarını verir və cümə günü imtahanlar verir", - Laurent-in atası söyləyir.

"Bu tədris proqramını bitirmək üçün başqa tələbələrə doqquzdan on iki həftəyədək vaxt tələb olunur".

Uşaqlıq

Bir çox hallarda Laurent-in rahat və xüsusi şəkildə oxuması üçün, onun dərsləri, yeniyetmə yaşlarını arxada qoymuş tələbələrin olmadığı, ayrıca bir otaqda təşkil edilir.

Fotonun müəllifiLAURENT SİMONSImage captionLaurent başqa uşaqlar kimi vaxtını çimərlikdə keçirməyə həvəslidir

Məşğul olsa da, Laurent uşaqlıq illərinin zövqündən də qalmır və o, təzyiq altında deyil, Laurent-in atası deyir.

İstedadlı oğlan artıq çox məşhurdur.

Onun İnstagramda 35 mindən çox izləyicisi var və bu səhifədə oğlanın əyləncə sevən təbiətinə nəzər salmaq olar.

Onun yüklədiyi fotoşəkillər iti ilə gəzinti, üzgüçülük və müsahibə anlarını əks etdirir.

"O, dostlarına televiziya çıxışları barədə lovğalanır", - atası deyir.

Vunderkind

Fotonun müəllifiLAURENT SİMONSImage captionLaurent uşaqlıq illərinin zövqündən də qalmır, onun atası deyir

Mozart beş yaşında musiqi bəstələyib. Picasso öz ilk rəsmini doqquz yaşında çəkib.

Lakin bir çox vunderkind uşaq yetkinlik çağlarına çatarkən gözdən itir.

Görəsən, Laurent onlardan fərqlənəcəkmi?

"O, qarşısına qoyduğu məqsədə həmişə nail olub", - Laurent-in atası deyir.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »