Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika iranlı alimi girovluqdan azad edib

Vaşinqton və Tehran girov mübadiləsi həyata keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "İRNA" agentliyi İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəstə istinadən xəbər yayıb.

Məlumata görə, ABŞ 2018-ci ilin oktyabrında Birləşmiş Ştatların Minnesota ştatında FTB əməkdaşları tərəfindən ittiham irəli sürülmədən saxlanılan iranlı alim Məsud Suleymanini verib və İrandan 2016-cı ildə casusuluqda şübhəli bilinərək saxlanılan amerikalı tələbə Syue Vanı alıb.

Faktı rəsmi Vaşinqton da təsdiq edib.

Mehmanpərəst onun vətənə dönəcəyi tarixin təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, İranın nüfuzlu Texnologiya Universitetinin elmi əməkdaşı Seyid Mojtaba Atarodi elmi avadanlıq ixracı haqqında qanunu pozmaqda ittiham olunub.

Alimin həbsi İranın nüvə proqramı məsələsində ABŞ və onun müttəfiqləri ilə münasibətlərin pisləşməsi fonunda baş verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »