Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabineti magistraturada ödənişsiz təhsil alacaq tələbələrlə bağlı qərar verib

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Bizimyol.info xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Əli Əsədov Əli Əsədov

Bu Qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.

Qeyd edək ki, indiyə qədər dövlət ali təhsil müəssisələrində magistraturaya qəbul həmin ixtisasın bakalavr buraxılışının 20 faizinə qədər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilib.

Son xəbərlər
Bütün xəbərlər »