Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko Ukraynaya Rusiya ilə sərhəddə divar tikməyi təklif edib

Ukrayna Donbasla deyil, Rusiya ilə sərhəddə divar tikməlidir.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Pryamoy” telekanalının efirində Ukraynanın sabiq prezidenti Petro Poroşenko bəyan edib. O, cari dövlət başçısının müşaviri Andrey Yermakın Donbasla sərhəddə divar tikmək planları barədə bəyanata şərh verərkən bildirib.

“Nə divar? Ukrayna öz ərazilərindən imtina edir? Divarı Rusiya ilə sərhəddə tikin, o sizə lazım olacaq”, - deyə Poroşenko bəyan edib.

Bundan əvvəl Yerman Londonda forum zamanı bəyan etmişdi ki, Rusiya Ukrayna hökuməti ilə danışmaq istəmirsə, Kiyev divar tikəcək və həyat öz axarı ilə davam edəcək. Onun sözlərinə görə, Ukrayna donmuş münaqişə ssenarisi ilə yaşayacaq.

Son xəbərlər
Bütün xəbərlər »