Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana Vətən Partiyası parlament seçkilərində iştirak edəcək

Dekabrın 7-də Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib.

Partiyadan "Report"a verilən məlumata görə, toplantıda növbədənkənar parlament seçkiləri, təşkilati məsələlər müzakirə olunub.

Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.

Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.

Qərarda  AVP-nin növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəyi bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »