Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaşı arvadını boğaraq öldürənin cinayət işi məhkəmə göndərilib

Ağsu rayonunda qardaşı arvadını boğaraq öldürən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

İttihama görə, Ağsu rayonun Qiyaslı kəndində Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar. Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub. Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

Xumar Zahidova 2018-ci ildə ailə qurub və iki aylıq körpəsi var. Qadın onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

İstintaq orqanı tərəfindən Nəriman Zahidovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.(milli.az)

Paylaş »
››› Ailə qurarkən bədən qoxusunun önəmi: "Bu, sizə gülməli gələ bilər, amma reallıqdır"
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Son xəbərlər
Bütün xəbərlər »