Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə yenə zəlzələ olub, əhali küçələrə axışıb

Türkiyənin Bolu şəhərində 3,6 bal gücündə zəlzələ baş verib.

“Haberler.com”un verdiyi xəbərə görə, yeraltı təkanlar 7 dekabr saat 01:36-da Kızılağıl kəndində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar olmayıb. Vətəndaşların əksəriyyəti qorxudan Hökumət Meydanına toplaşaraq gecəni orada keçiriblər.(qafqazinfo)

Son xəbərlər
Bütün xəbərlər »