Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda arvadını bıçaqlayanın məhkəməsi başlayır
1537118806_bicaq_021365

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Emin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il iyunun 20-də Xəzər rayonu Buzovna qəsəbə sakini, 1971-ci il təvəllüdlü Hüseynova Nurəngiz Adil qızı çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ağır vəziyyətdə olan qadın reanimasiyaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni N.Hüseynovanın həyat yoldaşı, 1971-ci il təvəllüdlü Emin Ədalət oğlu Hüseynov törədib.

Belə ki, evdə ər və arvadı arasında mübahisə yaranıb. Kişi bıçağı götürərək qadına hücum edib və onu öldürmək məqsədi ilə çoxsaylı zərbələr endirib.

Polis tərəfindən saxlanılan E.Hüseynov hadisəni qısqanclıq zəminində törətdiyini, həyat yoldaşının ona hörmət göstərmədiyini deyib.

Cütlüyün 2 övladı var.

E.Hüseynovun barəsində Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.(report)

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Erməni diasporu rusları Putinə qarşı qalxmağa çağırdı - Video
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Bakıda sakinlər etiraz edir - Video
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »