Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədlərin irəli sürülməsi prosesi başlayıb
Mərkəzi Seçki Komissiyası

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayıb.

Seçki Məcəlləsinin 3-cü, 53-cü, 54-cü, 146-cı maddələrinə əsasən, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı rəsmi dərc olunduqdan sonra birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesi başlayır.

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib və sərəncam dekabrın 6-da rəsmi dərc olunub.

Beləliklə, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi prosesinə dekabrın 6-dan start verilib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası bu gün keçiriləcək iclasında Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyəcək.(apa)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
››› Koronavirusdan sonrakı gələcək: 10 əsas trend
››› MN: General-mayor Polad Həşimov səngərdə şəhid olub
Son xəbərlər
Bütün xəbərlər »